Rusiyanın Su-57 qırıcı təyyarələri Türkiyəyə yaxın sərhəddə – Suriyanın Hmeymim aviasiya bazasında görünüb.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər Su-57-lərin havaya qalxmasını ABŞ-ın F-22 Raptor və F-35 Lightning kimi "xəyal təyyarələri"nin Suriyada həyata keçirdiyi uçuşlara cavab kimi qiymətləndirib.
Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, 5-ci nəsil Su-57 təyyarələri ilk dəfə Suriyadakı Hmeymim hava bazasına gətirilib.