24 Fevral 2018 14:54
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan S-400 hava müdafiə sistemi alacağı təqdirdə Türkiyənin ABŞ sanksiyalarına məruz qalacağı haqda müzakirə getdiyi ərəfədə Vaşinqton Ankaraya alternativ əməkdaşlıq mesajı verib.

Teleqraf.com xəbər verir ki, ABŞ tərəfi Türkiyəyə hava məkanının müdafiəsi üçün birgə işləməyi təklif edib.

ABŞ administrasiyasının adı çəkilməyən rəsmisi Türkiyənin “Hürriyyət” qəzetinə deyib ki, təklif dövlət katibi Reks Tillersonun Ankara səfəri zamanı təqdim edilib.

Məlumata görə, Türkiyə ilə ABŞ arasında problemlərin müzakirəsi və həlli üçün qurulacaq mexanizm çərçivəsində bu məsələ də diqqətdə olacaq.

Hazırda ABŞ hesab edir ki, S-400 kompleksləri heç bir halda NATO silahlarına inteqrasiya edə bilməz. Odur ki, Türkiyənin bu problemini yoluna qoymaq üçün alternativ təkliflər edir. Təkliflərin konkret nədən ibarət olduğu isə bəlli deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər