26 Fevral 2018 11:55
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin saytında yer alan bəyanatda deyilir.

Qeyd olunur ki, Ermənistan silahlı dəstələri 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinə hücum edərək aralarında qadınlar və uşaqlar da olmaqla dinc əhalini qətlə yetirdilər:

"Xocalı faciəsi zamanı itkin düşən insanlardan hələ də xəbər yoxdur. Mülki vətəndaşlara qarşı törədilən bu qanlı faciə insanlığın vicdanında dərin iz buraxıb. 26 il bundan əvvəl yaşanan faciənin ağrısını qəlbimizdə hələ də hiss edirik, bu dərdə şərikik".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər