27 Fevral 2018 13:04
2 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.26 19:13

Rusiya prezidenti Vladimir Putin fevralın 27-dən etibarən Suriyanın Şərqi Quta bölgəsində günün müəyyən saatlarında atəşkəs elan edilməsinə dair təlimat verib.

Teleqraf.com "Ria.ru"ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O, Şərqi Qutada sabahdan etibarən səhər saat 9-dan 14.00-a qədər "hümanitar fasilə" elan ediləcəyini bəyan edib.

Təlimat BMT Təhlükəsizlik Şurasının Suriyada atəşkəs qərarına uyun olaraq verilib. Rusiya Şərqi Qutada yaşayan insanların bölgəni tərk etməsi üçün dəhliz yaradılması barədə də qərar verib.

***

Suriya Prezidenti Bəşər Əsədə sabiq qüvvələr yenidən Şərqi Quta bölgəsini bombardman ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əsəd rejimi Rusiya Prezidenti Vladimir Putinin Şərqi Qutada 5 saatlıq atəşkəs rejiminin tətbiqi ilə bağlı xahişinə riayət etməyib.

Hücum zamanı xeyli dinc sakin həlak olub.


Müəllif: Samir, Ruslan

Oxşar xəbərlər