26 Fevral 2018 21:28
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton KXDR ilə danışıqlar aparmağa hazırdır.

Teleqraf.com "RİA.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

Tramp Ağ Evin Pxenyanla danışıqlara hazır olduğunu qeyd edib.

“Şimali Koreya danışmaq istəyir, biz də uyğun şərtlərlə bunu istəyirik. Görək necə olacaq”, deyə D.Tramp bildirib.

Tramp qeyd edib ki, bütün hallarda Şimali Koreyaya qarşı sanksiyalar qüvvədə qalacaq: "Şimali Koreyaya ən çox məhsul Çin və Rusiyadan idxal olunur. Çin Şimali Koreya üçün hər zamanınkından daha çox şey edir".

Tramp daha öncə Şimali Koreya ilə əlaqələri kəsmək üçün Rusiya və Çinə çağırış edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər