7 Avqust 2014 12:18
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda psixoloji problemləri olan qız naməlum şəraitdə itkin düşüb

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsi, B. Mirqəzəm küçəsi, ev 13-də yaşayan 1982-ci il təvəllüdlü Manafova Səmənnaz Rəcəb qızı avqustun 4-də 13-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, psixoloji problemləri olan qızı 2001-ci il təvəllüdlü Manafova Alsu Müşfiq qızı avqustun 1-də Bakıxanov qəsəbəsində yerləşən “Anastasiya” idman kompleksinə idmana gedib, oradan təxminən saat 15:00-da çıxaraq naməlum şəraitdə itkin düşüb. O da bildirilib ki, A. Manafova əvvəllər də bir neçə dəfə evdən xəbərsiz gedib.


A. Manafovanın çəkisi 82, boyu 162 sm, gözlərinin rəngi qəhvəyi, dolu sifət, saçı qara rəngdədir. O, itkin düşdüyü gün əynində ağ rəngdə köynək, qara rəngli şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.


Faktla bağlı araşdırma aparılır.

/APA/


Müəllif: