7 Avqust 2014 12:49
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya əsgərləri 2 “Boko Haram” üzvünün boğazını kəsib

Bu iki terrorçunun başının kəsildiyini göstərən video Beynəlxalq Əfv Təşkilatı tərəfindən yayımlanıb.

Əfv Təşkilatının yayımladığı videoda nigeriyalı əsgərlərin Borno əyalətində ələ keçirdikləri “Boko Haram” üzvlərinə öz məzarlarını qazdırdıqdan sonra döyüş bıçağı ilə onların boğazlarını kəsərək çuxurun içinə atdıqları görünür. Əsgərlər törətdikləri dəhşəti əsir götürülən digər “Boko Haram” üzvlərinə də məcburən izlədiblər.

Xatırladaq ki, Nigeriyada “Boko Haram” təşkilatına qarşı mübarizə aparan əsgərlərin “terrorizmlə mübarizə” adı altında həyata keçirdikləri terror Beynəlxalq Əfv Təşkilatı tərəfindən sənədləşdirilib.

/axar.az/


Müəllif: