7 Avqust 2014 13:25
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda baş verən dəhşətli hadisə hər kəsi heyrətə gətirib

17 yaşlı qız həkim işləyən əmisinin təcavüzünə məruz qalıb.


Hadisə həkimin iş otağında olub. Belə ki, qızın anası övladını əsəb həkimi işləyən qaynının yanına aparıb. Qızın əmisi onu müayinə etmək üçün otağına aparıb. Qızın anasına isə bir saat sonra gəlməyi tapşırıb. Əmi müayinə adı ilə qızı soyundurub və onu zorlayıb.

Daha sonra qızın əsəblərinin yerində olmadığını deyən həkim ona dərmanlar yazıb. Həkim qadına tapşırıb ki, qızı bir həftədən sonra müayinə üçün yenidən gətirsin.

Gənc qız əmisi tərəfindən zorlandığını desə də, ona inanan olmayıb. Bir həftə sonra qız müayinəyə gələrkən cibinə diktofon və bıçaq qoyub. Əmisi ilə otaqda tək qalan gənc qız diktofonu işə salıb. Əmisinin onu necə “müayinə” etmək istədiyini yazan qız bıçağı cibindən çıxardıb. Qəfildən həkimə hücum edərək onun cinsiyyət orqanını kəsib.

Hadisə yerinə təcili yardım və polis çağırılıb. Polisə zorlandığını sübut edən qız əməlindən peşman olmadığını bildirib. Araşdırmalardan sonra polis əmisini “kişi”likdən məhrum edən qızı məsuliyyətdən azad edib. Qıza namusunu layiqincə qoruduğu üçün təşəkkür edilib.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər