Suriya hökumət qüvvələri Şərqi Qutada atəşkəsin elan olunmasına baxmayaraq hərbi əməliyyatları davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatlar zamanı 8 mülki şəxs öldürülüb.
Şərqi Qutanın Mərc, Haresta, Medyere, Duma, Kefer Batna, Arbin, Beyt Sava və Zemelka kəndləri havadan və qurudan atəşə tutulub.
Şərqi Qutanın mülki müdafiə qoşunlarının sözçüsü Sirac Mahmut bildirib ki, Rusiyanın dəstəyilə keçirilən əməliyyatlar zamanı son 10 gündə 107 uşaq, 76 qadın olmaqla, ümumilikdə, 560 mülki şəxs öldürülüb.
Qeyd edək ki, fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəslə bağlı qərar qəbul edib.