Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” hərəkatı çərçivəsində bir neçə gün öncə Bülbül bölgəsini terrorçulardan tamamilə təmizləyib.
Teleqraf.com xəbər verir ki, “Doğan” xəbər agentliyinin müxbiri İrfan Sapmaz Bülbüldən çəkilən ilk görüntüləri sosial şəbəkədəki hesabında paylaşıb.
Görüntülərdə PKK terror təşkilatının lideri Abdullah Öcalanın bölgədəki təpələrdən birinin üzərindəki nəhəng portretinin yararsız hala salınmış görüntüsü əks olunub.