1 Mart 2018 15:34
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriya–İraq sərhədindəki Tanf bölgəsinə dəniz və özəl qüvvələrdən ibarət 600 əsgər göndərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əsgərlər zirehli texnikalarla bölgədəki hərbi bazaya gətirilib.

ABŞ İraq və Suriya arasında 2 il əvvəl qurulan əl Tanf bazasının köməyi ilə sərhəd keçid məntəqələrinə nəzarət etməyə çalışacaq.

Qeyd edək ki, 2017-ci ilin sonlarında açıqlama verən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın bu bazada İŞİD-çi terrorçulara təlim keçdiyini bildirmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər