2 Mart 2018 00:12
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) daxilinə sızan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan daha 41 hərbçidən 39-u barəsində həbs qətiimkan tədbiri seçilib.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, həbs olunanlar sırasında terror təşkilatının üzvləri ilə xüsusi telefon cihazları vasitəsilə əlaqə yaratdıqları sübuta yetirilən yüksək rütbəli zabitlərin olduğu bildirilir.

Hakim 39 şübhəlinin “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə həbsinə qərar verib.

Ötən həftə isə 42 nəfər həbs edilmiş, günahını etiraf edən 6 hərbçi sərbəst buraxılmışdı.


Müəllif: Kəmalə

Oxşar xəbərlər