Ötən gün Şərqi Qutanı cəmi iki nəfər tərk edib.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stepan Dujarrik məlumat verib. O, qeyd edib ki, Rusiyanın ötən gün Şərqi Qutada elan etdiyi 5 saatlıq atəşkəs zamanı cəmi iki nəfər şəhəri tərk edib.
S.Dujarrik BMT Təhlükəsizlik Şurasının Şərqi Qutada 30 günlük atəşkəs elan etdiyini bir daha xatırladıb: "30 günlük atəşkəs qərarına əməl edilməlidir. BMT mühasirədə olan əhaliyə yardım etməyə hazırdır.
Qeyd edək ki, fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəslə bağlı qərar qəbul edib. Buna baxmayaraq Əsəd ordusu mülki şəxsləri öldürməkdə davam edir.