Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində “Zeytun budağı” hərəkatını uğurla davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yerli vaxtla saat 11:20-də müxaliflər Raco bölgəsinə daxil olublar.
Bununla da Afrin əməliyyatının yeni mərhələsi başlayıb.
ASO qüvvələri Raco bölgəsində 2 kəndi terrorçulardan təmizləyib.