Polşanın Azərbaycandakı səfiri Mixail Labenda avqustun 31-də ölkəni tərk edəcək
Səfirlikdən verilən xəbərə görə, səfirin Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.
M. Labenda 2010-cu ilin oktyabrından Azərbaycanda çalışır. Səfir vəzifəsinə namizəd artıq müəyyənləşdirilib və Azərbaycan tərəfi ilə razılaşdırılıb.
Prezident Bronislav Komorovski müvafiq sərəncam imzaladıqdan sonra onun adı açıqlanacaq.
/APA/