Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Şimali İraqda anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Əməliyyat zamanı PKK terror təşkilatına məxsus sığınacaq hədəf seçilib. Hücum nəticəsində azı 17 terrorçu məhv edilib.