4 Mart 2018 12:27
3 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nın Suriya qolu olan PYD-nin sabiq rəhbəri Salih Müslüm Praqa məhkəməsi tərəfindən azadlığa buraxıldıqdan sonra "Avronyus" kanalına müsahibə verib.

Teleqraf.com-un məlumatına görə, PYD-nin sabiq baş terrorçusu deyib ki, Dəməşq hakimiyyəti ilə hər hansı razılaşma və ya əlaqələri yoxdur: “Bu günə qədər bütün görüşlər Rusiya vasitəsi ilə həyata keçirilib”.

Bəşər Əsədin Afrində olan kürdləri dəstəkləmək məsələsinə gəldikdə, Salih Müslüm bunun Afrindəki kürd qüvvələrinin öz qərarı olduğunu söyləyib:

“Bu qərarı Afrində olanlar verib. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Dəməşq hakimiyyəti “əgər suverenliyinizi qorumaq istəyirsinizsə, biz dəstək verməyə hazırıq” demişdi. Dəməşqə bağlı bəzi silahlı birliklər sərhədə qədər gəldilər, amma onların heç bir təsiri olmadı”.


Müəllif: Cavad

Oxşar xəbərlər