7 Mart 2018 10:48
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İcraiyyə Komitəsinin XXV konfransı işə başlayıb.

Teleqraf.com xəbər verir ki, konfransda İcraiyyə Komitəsinin prezidenti Rövnəq Abdullayev, Xarici Işlər naziri Elmar Məmmədyarov, Gənclər və İdman naziri Azad Rəhimov, milli komandanın baş məşqçisi Qurban Qurbanov və FİFA nümayəndələri, həmçinin komitənin digər üzvləri iştirak edir.

Konfransı AFFA İcraiyyə Komitəsinin prezidenti Rövnəq Abdullayev açıq elan edib.

O, Azərbaycan futbolunun ötən ilki inkişafından danışıb və qazanılan uğurları xatırladıb: “ Qeyd edim ki, “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə iştirak etdi. Avropa Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı ərizəmiz qəbul olundu. Milli komandanın baş məşqçisi Qurban Qurbanov seçildi.

Təbii, bu uğurlarla yanaşı bəzi xoşagəlməz hallar da oldu. Danışılmış oyunların olduğu aşkarlandı və iki futbolçu, bir neçə səlahiyyətli şəxs cəzalandırıldı”.

Elxan Məmmədov 2017-ci ilin qısa hesabatını verib: “Ötən il bizi 23 yaşadək millimiz çox sevindirdi. İslam Oyunlarında komandamız qalib gəldi və qızıl medalı futbolda da qazandıq.

2017-dən danışanda qulağımıza Çempionlar Liqasının himninin səsi gəlir. “Qarabağ” yeganə klub idi ki, 8 komandanın çıxış etdiyi liqadan getmişdi.

2002-ci ildən etibarən “Neftçi” və “Qəbələ” avrokuboklarda iştirak edirlər. Bakı ÇL-in və Avropa liqasının final oyununun keçirilməsinə namizəd oldu. ÇL-i əldə edə bilməsək də, Avropa liqasına ev sahibliyi edəcəyik.

Artıq 2015-ci ildən uşaq futbolunda komandaların sayı artmaqdadır. Dekabrda keçirilən iclasda region liqasının keçirilməsi məsələsi müzakirə edildi və bu liqaya start verildi. Artıq bu liqada 24 komanda yarışır. Hələ ki, yeni layihədir. Ümid edirik, gələcəkdə bu liqadan da daha detallı şəkildə danışacağıq.

Bu uğurlarla yanaşı, bəzi pis hallar da qeydə alındı. Bu da danışılmış oyunlarla bağlıdır. Tətbiq etdiyimiz sanksiyalara baxmayaraq, düşünürük ki, bu hələ başlanğıcdır. İdman və Gənclər Nazirliyi və təhlükəsizlik orqanları ilə birlikdə əməkdaşlıq edirik. Belə halların qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Biz bu virusu məhv etməsək, bu virus bizi məhv edəcəyik. Elə edək ki, Şərq komandalarının taleyini yaşamayaq.

Bu hallarla bağlı xüsusi, anonim poçt ünvanı açımışıq. Şübhəli məqamlar olduğu zaman hər kəsdən rica edirik ki, bu ünvana məlumat yazsınlar”.


Müəllif: Foto: Elnur Muxtar, Xəzər Süleymanlı

Oxşar xəbərlər