Türkiyə Silahlı Qüvvələri (TSK) bu gün Suriyanın Afrin bölgəsində Şeran, Katme, Kefer Cənnə və Maşele kəndlərini terrorçulardan təmizləyərək şəhərin Şimal girişini nəzarətə götürüb.
Teleqraf.com xəbər verir ki, yanvarın 20-dən başlayan "Zeytun budağı" əməliyyatının 48-ci günündə TSK həmçinin Cindərəsi azad etməklə 150 məntəqəyə nəzarəti təmin edib.
Terrorçuların Afrindən Azizə və Hələbə gedən yolları hazırda Türkiyənin nəzarətinə keçib.
Əməliyyat zamanı PKK-nın bir neçə sığınacağı ələ keçirilib.