9 Mart 2018 14:11
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir.

Bu barədə təşkilatın fəaliyyətdə olan sədri, İtaliya XİN başçısı Ancelino Alfano Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı deyib.

O bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməyə davam edəcəyik.

Onun sözlərinə görə, ATƏT bu il əsas diqqətini Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstan münaqişəsi daxil olmaqla, uzanan münaqişələrin həllinə yönəldəcək.

Xatırladaq ki, İtaliya ATƏT-ə bu il sədrlik edir./Report/


Müəllif: Samir

Oxşar xəbərlər