Afrində terrorçuların qazdıqları xəndəkləri keçmək üçün hazırlanan körpülər ötən gün Suriyaya gətirilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) "Zeytun Budağı Hərəkatı" çərçivəsində terrorçuların Hatayla üzbəüz mövqelərinə aviazərbələr endirib.
Afrində YPG/PKK-İŞİD mənsublarını məhv etmək üçün əməliyyatları davam etdirən TSQ ötən gün terrorçuların qazdıqları xəndəkləri keçmək üçün hazır vəziyyətdə olan körpülər hərbi yük maşınları ilə Suriyaya daxil edilib.