10 Mart 18:29

Zeytun Budağı Əməliyyatının 50-ci günündə türk əsgərləri Afrinin göründüyü təpələrdə qərarlaşıb.

Teleqraf.com xəbər verir ki, Türk Silahlı Qüvvələri tərəfindən terrorçulardan təmizlənməsi məqsədiylə başladılan Zeytun Budağı Əməliyyatının 50-ci günündə hədəfdə olan Afrin görünüb.

Ətrafındakı kəndləri bir-bir alan TSQ və ASO gücləri bir neçə kilometrəyə qədər yaxınlaşdığı Afrin şəhər mərkəzini əhatələyən təpələrə yerləşib. Şəhər mərkəzinə cəmi 800 metr qalıb.


Müəllif: Alpər Cəbrayıl
Загрузка...