13 Mart 2018 12:54
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Menbiçdə Türkiyə və ABŞ əsgərləri birlikdə təhlükəsizliyi təmin edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu, YPG terrorçuları geri çəkildikdən sonra baş tutacaq: “YPG-nin məsələyə heç bir aidiyyəti olmayacaq. Bu modeli əvvəlcə Menbiçdə tətbiq edəcəyik. Bu model Rakka və Fəratın şərqi üçün də keçərlidir. Vaşinqtonda ABŞ və Türkiyə nümayəndə heyətləri arasında görüşlər də bunun üçün çox vacibdir”.


Müəllif: Samir

Oxşar xəbərlər