ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonla bərabər, şəxsi müşaviri Con McEnteeni də yanından uzaqlaşdırıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb kimi təhlükəsizlik məsələləri göstərilir.
McEntee üç ildir Trampla çalışıb.
Qeyd edək ki, D.Tramp bu gün dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edərək yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu təyin edib.