14 Mart 15:57

12:57

Almaniyanın kanslerinin adına aydınlıq gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Angela Merkel Bundestaq tərəfindən 4-cü dəfə bu vəzifəyə seçilib.

Məlumatlara görə, 688 deputatdan 364-ü Merkelin lehinə səs verib.

***

Almaniya Prezidenti Frank Volter Ştaynmayer Angela Merkel kansler vəzifəsinə təyinatını təsdiqləyib.

Bundan sonra Merkel Bundestaqda and içib:

"And içirəm ki, bütün gücümü alman xalqının rifahına həsr edəcəm, onu zərərdən qoruyacam, qanunlara riayət edəcək və vəzifələrimi vicdanla yerinə yetirəcəm".

Məlumatlara görə, Merkel yenidən kansler seçildikdən sonra ilk səfərini martın 16-da Parisə edəcək.


Müəllif: Samir
Загрузка...