15 Mart 2018 09:53
3 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvlərinə qarşı sui-qəsd hazırladığı ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Baş Prokurorluğu məlumat yayıb.

Planlar Məhmət Əmin Törə, Gülşən Bahadır və Zozan Kutum adlı terrorçuların rəhbərlik etdiyi sığınacaqlarda hazırlanıb.

Sui-qəsd təşkil ediləcək siyahıda Rəcəb Tayyib Ərdoğan, oğulları Əhməd Burak Ərdoğan və Bilal Ərdoğan, kürəkənləri - Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq və Səlcuq Bayraqdarın adları var.

PKK terror təşkilatının sığınacaqlarına basqın edən türk polisi oradan üzərində kiril əlifbası ilə yazılar olan sənədlər aşkar ediblər. Bütün bu məlumatlar da həmin sənədlərdə qeyd edilib.

Bundan başqa, evlərdə axtarış zamasnı xeyli partlayıcı aşkar edilib. Ümumilikdə 52 nəfər yaxalanıb.


Müəllif: Samir

Oxşar xəbərlər