Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində “Zeytun budağı” hərəkatı çərçivəsində Zirikat və Deyr Mümüşə kəndlərini terrorçulardan təmizləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, Afrinə bir dağ və 600 metr məsafə qalıb:
“Afrinə bütün giriş-çıxışlar nəzarət altına alınıb. Afrin ələ keçdikdən sonra Mabatlı bölgəsində bütün kəndlərə hücum ediləcək”.