Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Astanada Suriya məsələsi ilə bağlı görüşündən sonra keçirilən mətbuat konfransında qalmaqal yaşanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, jurnalistlərdən biri Mövlud Çavuşoğluna “Afrindəki əməliyyatlar Suriyanın ərazi bütövlüyünə hücum deyilmi?” və İsveçdəki diplomatik qalmaqal ilə bağlı suallar ünvanlayıb.
Bu suallar Çavuşoğlunu qəzəbləndirib:
“Sizin kimliyinizi bilmirəm. Özünüzü yerli jurnalist kimi təqdim etdiz. Amma sualınızda Fətullahçı terror təşkilatının tərəfdarı olduğunuzu gördüm. Mən bu suallara cavab verməyəcəm. Bundan başqa Afrinlə bağlı bütün sualları cavablandırmışıq.
Jurnalist ikinci dəfə FETÖ ilə bağlı sualını təkrar etmək istəsə də, Çavuşoğlu buna imkan verməyib və yenidən mikrofonu yandıraraq, bir daha bu sualı cavablandırmayacağını deyib.