Bir gecə qəflətən gələcəyik demədikmi? Başınızın üstünü kəsdirəcəyik söyləmədikmi? Sizdən sui-istifadə edib kənara atanlara inanıb-etibar etdiniz, indi nə oldu?
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə daxil olması ilə bağlı özünün Tvitter mikrobloqunda paylaşımında qeyd edib.
Nazir Türkiyə Silahlı Qüvvələrinin Afrində Türkiyə bayrağının sancılması anının və prezident Rəcəb Tayyib Ərdoğanın çıxışının əks olunduğu videonu da yerləşdirib.