Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” hərəkatı çərçivəsində Afrin şəhər mərkəzinə türk bayrağı sancıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, TSQ Baş Qərargahı 58 gündür davam edən əməliyyatda 46 türk əsgərinin şəhid olduğunu açıqlayıb.
Türkiyə Silahlı Qüvvələrinin 225 əsgəri isə əməliyyat zamanı yaralanıb.