Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-lərin monitorinqi aparılır. Həmin monitorinq beynəlxlq təşkilatların müəyyən etdiyi qayda və prinsiplər əsasında aparılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə deyib.
O bildirib ki, monitorinq zamanı namizədlərlə bağlı məlumatların jurnalistlərin peşə davranış qaydaları ilə nə dərəcədə uyğun olmasına da diqqət ediləcək:
“Əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək. Ortaya çıxacaq hər hansı məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq".
Ə.Amaşov hazırda 15 qəzet, 10 informasiya agentliyinin monitorinqinin aparıldığını vurğulayıb.