Türkiyə Silahlı Qüvvələri (TSK) terrorçulardan təmizlənən Afrində qanunsuzluqlara yol verdiyi bildirilən Azad Suriya Ordusu (ASO) ilə bağlı araşdırma aparır.
Teleqraf.com xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ASO-nun Afrində qarətlə məşğul olmasına dair məlumatların araşdırıldığını bildirib.
"Biz bu cür məlumatları ciddi qəbul edirik. Bəzi qruplar Afrin azad edildikdən sonra özlərini soyuqqanlı aparmadılar. Bizim üçün vacib məsələ Afrin sakinlərinin təhlükəsizliyini təmin etməkdir", deyə İ.Kalın bildirib.