Türkiyə ilə Amerika arasında ciddi diplomatik təmasların yaşanmasına baxmayaraq tərəflər Menbiç məsələsində razılıq əldə etməyib. Hətta ABŞ və Türkiyə prezidentlərinin ötən axşam telefon müzakirəsi də Menbiç mövzusunda irəliləyişə səbəb olmayıb.
Teleqraf.com xəbər verir ki, Vaşinqton və Ankara arasında növbəti Menbiç müzakirəsi gələn həftə Vaşinqtonda müzakirə ediləcək.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib ki, Türkiyə tərəfi Menbiç mövzusu daxil olmaqla bir sıra məsələlərin müzakirəsi üçün XİN-in yüksək ranqlı diplomatı gələn həftə Vaşinqtona göndərəcək.