ABŞ-ın qlobal dünya liderliyinə can atması dövlətlərarası total qarşıdurmaya səbəb olub.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.
"ABŞ-ın bu kimi cəhdləri bir çox dpvlətlərin, o cümlədən də Rusiyanın baxışları ilə üst-üstə düşmür. Bizə dünyaya diqtə olunmasını qəbul etmirik. Biz ədalətli dünya quruculuğunun tərəfdarıyıq", - Gerasimov deyib.
Gerasimov bildirib ki, ABŞ-ın bu siyasəti nəticəsində dövlətləa arasında qarşıdurma kəskin şəkildə artıb: "Bunun əsasını əvvəlki kimi, qeyr-hərbi tədbirlər - siyasi, iqtisadi, informasiya qarşıdurması təşkil edir. Lakin sadalanan sahələrlə yanaşı, artıq diplomatiya, elm, idman, mədəniyyət sahəsində də qarşıdurma müşahidə olunur".
Gerasimov qeyd edib ki, bununla yanaşı, hərbi qarşıdurmanın ikinci plana keçdiyini də demək olmaz.