Türkiyə Suriya ilə həmsərhəd rayonlarda terror qruplaşmalarına qarşı yeni əməliyyatlar həyata keçirməyə hazırdır.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Samsunda çıxışı zamanı deyib.
"Suriyada Fərat çayından qərbə doğru ərazilərdə antiterror əməliyyatlarının məhdudlaşdırılmasına dair çağırışlar yolverilməzdir. Türkiyə üçün terrorçuların harada məskən salmasının önəmi yoxdur. Biz onları məhv etməyə hazırıq", - Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti bildirib ki, Suriyanın müxtəlif şəhərlərinin, o cümlədən Menbiç, Tel-Əbyad, Ras-əl-Aynanın sakinləri türk ordusunun bu bölgəyə gəlişinin tərəfdarıdır: "Ona görə də heç kimin haqqı yoxdur ki, Türkiyənin Suriyanı işğal etdiyini desin. Məhz Qərb özünü bu ölkədə işğalçı kimi göstərdi".