Hüquq Müdafiəçisi Elçin Behbudov evinin qarşısında polis tərəfindən saxlanılması ilə bağlı mətbuatda gedən xəbərə münasibət bildirib
Xəbəri eşidər-eşitməz əsəblərini cilovlaya bilməyən hüquq müdafiəçisi yazılanların şaiyə olduğunu bildirdi:
“O yazılanlar mənə olan qərəzdir. Yazının müəllifini məhkəməyə verəcəm və arzusunu gözündə qoyacam. Çünki məlumatı dəqiqləşdirmədən yazıb”.
Onu polisin hansı əsaslarla saxlamasından hiddətlənən Elçin Behburov “polis məni nəyə görə saxlamalıdır?
Mənin çoxlu pulum yoxdur ki, polis məni saxlasın” deyə, cavab verib.
/ Publika.az/