27 Mart 2018 15:35
4 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:35

"Zeytun budağı" əməliyyatı çərçivəsində növbəti - Afrinin şərqində yerləşən Tel Rıfatın YPG terrörçularından təmizlənməsi üçün gözlənilən əməliyyat başlayıb.

Teleqraf.com xəbər verir ki, türk əsgərlərinə 10 min ASO üzvü dəstək verəcək.

Qeyd edək ki, yanvarın 20-sində başlayan "Zeytun budağı" əməliyyatı Tel Rıfatın alınmasıyla tamamlanacaq.

Qeyd edək ki, İhlas Xəbər Agentliyi bu gün əməliyyatın iqstiqamətinin Tel Rıfata çevrildiyini bildirmişdi. Bundan qabaq yerli əhali “Türk əsgəri bizi də qurtarsın” şüarları ilə mitinqlər keçirərək Türkiyəyə səslənmişdi.

***

Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə "Zeytun budağı" hərəkatı çərçivəsində Tel Rıfat bölgəsində nəzarəti ələ keçirib.

Bununla bağlı yerli mənbələr məlumat verib.


Müəllif: Samir, Alpər

Oxşar xəbərlər