Azərbaycanın paytaxtı Bakı "Z/Yen Group" analitik mərkəzinin hazırladığı "Qlobal maliyyə mərkəzləri indeksi"nə ("Global Financial Centres Index - 2018") daxil edilib.
İlk dəfə olaraq siyahıya daxil edilən Bakının reytinqi 511-dir.
İndeksdə ilk yerdə London (794), ikinci Nyu-York (793), üçüncü sırada isə Honq Konq (781) qərarlaşıb. İlk beşliyi Sinqapur (765) və Tokio (749) tamamlayır.
MDB şəhərlərindən indeksə Almatı (519), Sankt Peterburq (531) və Moskva (555) da düşüb./Trend/