13 rusiyalı diplomatın Ukraynanı tərk edəcəyi vaxt açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Kiyevdəki səfirliyi məlumat verib.
Diplomatlar sabah gün ərzində Ukraynanı tərk edəcək.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
Bir sıra ölkələr kimi Ukrayna da Britaniyaya dəstək məqsədi ilə 13 rus diplomatı Rusiyaya geri göndərmək qərarına gəlib.