Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Feysbuk hesabında video-müraciət yayımlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müraciətin əvvəlində o, əynindəki köynəyi soyunur və hərbi forma geyinir.
Bundan sonra isə Savçenko prezidentliyə namizəd olacağını söz verir:
“Mən nə etmək lazım olduğunu bilirəm və qərarı özüm verirəm. Mən Ukraynada prezidentliyə namizəd olacam. Sizin səsiniz sizin qərarınızdır”.