Dünən Türkiyə ordusu Tunceli vilayətinin Pülümür rayonunda apardığı hərbi əməliyyatlar nəticəsində 7 PKK terrorçusunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu gün Türkiyə mətbuatında əməliyyat görüntüləri yayılıb. Videoda türk hərbçi bu sözləri qeyd edir: "Anlatmağa gərək yoxdur, görürsünüz".
Qeyd edək ki, dünən terrorçularla atışma zamanı Tunceli-Ərzincan yolu bağlanmışdı.
Bu gün yolda nəqliyyatın hərəkəti bərpa edilib.