29 Mart 2018 10:27
6 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zeytun budağı” hərəkatı çərçivəsində türk ordusu tərəfindən sağ ələ keçirilən YPG terrorçuları ifadə veriblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terrorçular ifadələrində günlərlə tunellər qazıb qorumağa çalışdıqları Raco və Cinderes bölgələrini itirdikdən sonra YPG silahlılarının təşkilatı tərk etdiklərini bildiriblər.

34 yaşlı Baver Bağır adlı terrorçu PKK liderlərinin Raco və Cinderesi itirdikdən sonra Afrini qorumağın mümkün olmadığını anladıqlarını deyib:

“Dərviş Afrinli ləqəbli terrorçu 1500 silahlını Afrinə gətirdi. Türk ordusu hücuma keçəndə isə ilk qaçanlardan biri elə Dərviş oldu”.

Hesna Dicvar adlı terrorçu Raconu itirdikdən sonra qalan bölgələrin domino effekti ilə nəzarətdən çıxdığını bildirib: “Raco və Cinderesdəki döyüşlərdə azı 1200 terrorçu öldürüldü”.

Ələ keçən YPG üzvü Sərhəd Civan türk ordusunun hücumu zamanı terrorçuların dinc sakinlərə qarışaraq, bölgədən çıxdığını qeyd edib. O bildirib ki, YPG liderləri ölən terrorçuların əksəriyyətini kütləvi halda Haseke və Menbiçdə dəfn edib.


Müəllif: Samir

Oxşar xəbərlər