“Skripal işi”ndə yeni fakt üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Britaniya polisi məlumat yayıb.
Məlumatlara görə, sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya evindən çıxarkən zəhərlənib:
“Zəhər qapının dəstəyinə sürtülüb və bir müddət sonra Skripala təsir edib. Ona qarşı “Noviçok” maddəsinin yüksək dozası tətbiq edilib”.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.