30 Mart 2018 14:50
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Skripal işi” ilə əlaqədar rus diplomatlarla bağlı qərar verən ölkələrin Moskvadakı səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya XİN məlumat yayıb.

Səfirlərə etiraz notası və atdıqları addımla əlaqədar cavab tədbirləri ilə bağlı xəbərdarlıq təqdim ediləcək.

Artıq Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Serbiya, Ukrayna, Hollandiya, Çexiya, Litva, Moldova və Fransa səfirləri Rusiya XİN-ə gedib.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.

Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151-ə çatıb.


Müəllif: Samir

Oxşar xəbərlər