9 Avqust 2014 12:03
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişli Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gün Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 111-ci kilometrliyində, İmişli rayonunun ərazisində yerləşən məcburi köçkün qəsəbəsindən keçən hissədə qeydə alınıb.

Bəhrəmtəpə sakini Qədir Ağayev idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarında velosiped sürən, Füzuli rayonundan olan məcburi köçkün, qəsəbə sakini 14 yaşlı Ceyhun Məhəmməd oğlu Fətəlizadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

/ APA/


Müəllif: