Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçının Vaşinqton səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə XİN-in rəsmisi Vaşinqtonda Dövlət katibinin müavini Con Sollivanla müzakirələr aparıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ABŞ Dövlət Departamentində baş tutan görüşə mətbuat nümayəndələri buraxılmayıb. Media üçün qapalı keçirilən görüşdə Ankara-Vaşinqton münasibətlər və regional məsələlər diqqətdə saxlanılıb.
Tərəflər Türkiyə-ABŞ əlaqələrinə mane olan məsələlərin həlli istiqamətində cəhdlərin davam etdirilməsini razılaşdırıblar.
Bundan başqa, tərəflər Menbiç mövzusundan bundan əvvəl həyata keçirilən görüşlər zamanı müzakirə olunan məqamları qiymətləndiriblər, bu mövzuda birlikdə hərəkət edilməsi haqda razılığa gəliblər.