Amerika Birləşmiş Ştatları ordusu İraqda İraq Şam İslam Dövləti (İŞİD) döyüşçülərinə qarşı həyata keçirdiyi aviazərbələrin kadrlarını yayıb
Kadrlar ABŞ Mərkəzi Komandanlığı tərəfindən, aviazərbələri həyata keçirən F/A-18 Super Hornet təyyalərindən çəkilib. Registrator kadrlarında İŞİD mövqelərinin hədəf alınaraq, bombalanması əks olunub.
Həmçinin ABŞ təyyarələrindən Sincar dağı ətrafındakı ərazilərə içməli su və ərzağın olduğu humanitar yardımın atılması da görüntülənib.
Pentaqon İŞİD döyüşçülərinin Kürdüstan muxtar regionunun paytaxtı olan və ABŞ konsulluğunun yerləşdiyi Ərbil şəhərini artilleriya atəşinə tutduğunu, aviazərbələrin də müdafiə xarakteri daşıdığını bəyan edib.
/anspress/