9 Avqust 2014 12:18
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda cəbhə xəttində vəziyyət sabitdir, əvvəlki günlərə nisbətən ermənilər sakitləşiblər və onları bu sakitliyə riayət etməyə Ordumuz məcbur edib

Bu barədə cəbhənin Qazax istiqamətində yerləşən hərbi hissələrdən birinin komandiri deyib.

Komandir bildirib ki, heç kim bir addım da geriyə çəkilmək niyyətində deyil, hamı bir nəfər kimi Ali Baş Komandanın hücum əmrini gözləyir.

Onun sözlərinə görə, elə yerlər var ki, orada düşmən mövqeləri ilə bizim əhalimizin yaşadığı evlər arasında 200-300, bəzən isə 80 m məsafə var: "Ermənilər həm gündüz, həm də gecə saatlarında Azərbaycanın yaşayış massivlərini, mülki əhalini atəşə tutur. Gecələr bu, daha intensiv xarakter alır".

Komandir bildirib ki, iyulun 30-dan avqustun 2-nə qədər düşmən kiçik və iriçaplı silahlardan, hətta qumbaraatanlardan, PDM-dən (piyadaların döyüş maşını) bizim kəndlərimizi atəşə tutub. Bunun qarşılığında düşmənə layiqli cavab verilib.

/trend/


Müəllif:

Oxşar xəbərlər