3 Aprel 2018 11:54
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb.

Prezidentliyə namizəd İlham Əliyevin ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.

Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəliri 9 900 manat, Araz Əlizadənin seçki fondunun gəliri 10 000 manat, Qüdrət Həsənquliyevin seçki fondunun gəliri 25 000 manat, Fərəc Quliyevin isə seçki fondunun gəliri 10 060 manat olub.

Digər namizədlər - Hafiz Hacıyev, Razi Nurullayev və Sərdar Cəlaloğlunun (Məmmədovun) MSK-ya təqdim etdiyi sənədlərə əsasən, onların seçki fonduna vəsait daxil olmayıb./Report/

Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər