ABŞ-da Yutub videoportalının baş ofisində atəş açan Nasim Ağdamla bağlı məlumatlar yayımlanıb.
Teleqraf.com xəbər verir ki, Nasim aktiv blogger və Yutub istifadəçisi olub. Onun kanalında türk və rus dillərində materiallar yerləşdirilib. Feysbuk və iki İnstaqram hesabı olub. Hazırda bu hesablar silinib.
1980-cı il təvəllüdlü Nasimin valideynləri Cənubi Azərbaycandandır. O, uşaq yaşlarından atası ilə İrandan ABŞ-a köçüb. Nasim heç vaxt evli olmayıb. O, atası kimi bəhai dininə sitayiş edib.
Hücumdan bir neçə saat əvvəl Nasim Ağdamın atası İsmayıl polisə zəng edərək, qızının 2 sutkadır itkin düşdüyünü bildirib. Aprelin 3-ü gecə saat 2-də Mauntin-Vyu şəhər polisi Nasimi öz maşınında aşkar edib. O, yaxşı olduğu üçün polis Nasimin atasına bu barədə məlumat verib və oradan uzaqlaşıb.
Nasim heyvan qoruyucusu və idmançı olub. 2014-cü ilin fevralında “Hüznlü çömçə” (Peaceful Dumpling) nəşri Nasim Ağdam barəsində süjet hazırlayıb və onu bodibilder ustası adlandırıb.
O özü haqqında bu sözləri deyirdi:
“Mən İranda doğulmuşam. Bu ölkədə də hər yerdə olduğu kimi əti sevirlər. Ancaq mən uşaq yaşlarımdan heyvanları qorumuşam. Mən həmişə düşünürdüm ki, mənim yeməyimdəki ət haradan gəlir. Sonradan anladım ki, bu ət nə vaxtsa şirin, gözəl cücə olub. Bu mənim üçün şok idi. İnsanlar humanitar problemlərə biganədirlər. Niyə görə onlara heyvanların ölümü belə asan gəlir? Mən uşaq yaşlarından dəri paltar geyinməyə qarşı çıxmışam”.
Bundan başqa, Nasim Ağdam Teylor Svift və Cansin Biber formasında qəribə parodiya klipləri hazırlayırdı.
Nasim 2017-ci il yanvarında Yutub videoportalını diskriminasiyada günahlandırıb. O hesab edirdi ki, şirkət onun videolarının baxış saylarının artmasına imkan vermir.
Qeyd edək ki, Yutub videoportalının baş ofisinə hücum zamanı Nasim Ağdam 4 nəfəri yaraladıqdan sonra intihar edib.
Стрелок Youtube Насим Агдам не вписывается в желанный СМИ стереотип
— Pavel Senko (@senko) 4 апреля 2018 г.
(женщина из Ирана, левая, веган, активист #PETA, ее мотив был месть корпорации за демонетизированные и дискриминируемые видео). pic.twitter.com/xIOehglpaL